Modern.az

Rəsul Quliyev Bakıdakı toplantıya qatıldı

Rəsul Quliyev Bakıdakı toplantıya qatıldı

1 Fevral 2012, 18:23

Bu gün - 2012-ci il  fevral ayının  01-də Klassik Xalq Cəbhəsi Partiyasının  mənzil  qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət  Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib.

Qurumun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.

DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.

Yığıncaqda Demokratik Cəmiyyət Uğrunda Müqavimət  Hərəkatının Avropa Bürosu ilə fəaliyyətin əlaqələndirilməsi İdarə Heyətinin üzvü ALDP-nin sədri F. Əliyevə həvalə olunub.

Yığıncaqda DCUMH-un rayon şöbələrinin yaradılması haqqında qərar qəbul olunub.

DCUMH-un Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri və xarici ölkə səfirlikləri ilə əlaqələrin qurulması barədə qərar qəbul olunub.

DCUMH 2012-ci il  fevral ayının  23-də Xocalı soyqırımına həsr olunmuş növbəti Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edib.

Yığıncağa  ACP lideri Rəsul Quliyev telefon vasitəsilə qoşulub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir