Modern.az

Fəzail Ağamalıdan Fazil Mustafaya: “Axı sən kimsən?!”

Fəzail Ağamalıdan Fazil Mustafaya: “Axı sən kimsən?!”

2 Avqust 2019, 17:48

“Fazil Mustafanın mənim haqqımda dediyi sözlərə cavab verməyə ehtiyac duymuram. Göründüyü kimi, F.Mustafanın özündən razı və kifayət qədər dolaşıq məntiqə söykənən yazıları, şərhləri sosial şəbəkədə ikrahla qarşılandı və tam əminlik yaratdı ki, Fazil Mustafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir”.

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı deputat Fazil Mustafanın ona ünvanladığı fikirlərə cavab olaraq bildirib.

 

Deputat əlavə edib:

“Sübut olundu ki, bizlər tariximizi, tarixi şəxsiyyətlərimizi topa-tüfəngə tutanlarla bərabər deyilik, əksinə onlara həssas və sayqı ilə yanaşan, onları haqsız hücumlardan qorumağı bacaran bütün türk soyunun dəyərli övladlarıyıq. Bizim üçün Metedən və Atilldan başlamış, Babək də, Toğrul bəy də, Şəmsəddin Eldəgiz də, Çingiz Xan da, Osmanlı İmperiyasının dəyərli Sultanları da, Teymurləng də, Uzun Həsən də, Şah İsmayıl Xətai də, Nadir Şah da, Nuru Paşa da, Mustafa Kamal Ata Türk də, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları olan M.Ə Rəsulzadə, Ə. Topçubaşov, F.Xoski də, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də hörmətə, sevgiyə layiq böyük və əvəzsiz tarixi şəxsiyyətlərimizdir. Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan-doğruya kimsən?!”.

Qeyd edək ki, Fazil Mustafanın ordenin ləğvi barədə  səsləndirdiyi fikir bəzi həmkarları tərəfindən birmənalı olaraq qarşılanmayıb. Fəzail Ağamalı ilə bərabər deputat  Fərəc Quliyev  Fazil Mustafanı qərəzlilikdə ittiham edib, onu öz tarixini bilməməkdə günahlandırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?