Modern.az

Talibanın 3 lideri məhv edildi

Talibanın 3 lideri məhv edildi

2 Avqust 2019, 23:52

Əfqanıstan ordusunun hava hücumu nəticəsində Taliban terror təşkilatının 3 lideri məhv edilib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava zərbələri Fərəh vilayətinin Hak Safid rayonu ərazisində bu gün yerli vaxtla saat 20:10-da həyata keçirilib.

Zərbələr nəticəsində Fərəh vilayətinin “kölgə qubernatoru” hesab olunan Molla Abdul Bari və Talibanın əyalətdə hərbi əməliyyatların keçirilməsinə cavabdeh iki lideri öldürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir