Modern.az

Soyuq dünyanı cənginə alıb

Soyuq dünyanı cənginə alıb

Dünya

2 Fevral 2012, 16:04

Dünyanı cənginə alan soyuq hava kütləsi Azərbaycanla bərbər dünayın bir çox ölkələrində problemlər yaradıb. Minlərlə insan soyuqların qurbanı olub. Avropada hökm sürən soyuq hava və qar 70-dən çox insanın həyatına son qoyub.

Şərqi və Mərkəzi Avropada son onillərin ən sərt qışı yaşanır. Bundan başqa, Ukrayna, Polşa, Serbiya, Rumıniya, Bolqarıstan, Litva və Çexiyada da insan tələfatı var. Onların əksəriyyətinin evsiz insanlar olduğu bildirilir. Bu ölkələrdə havanın temperaturu mənfi 20-25 dərəcəyədək aşağı düşüb. Sinoptiklər bu regionlarda şaxtalı havanın hələ bir həftə davam edəcəyini proqnozlaşdırırlar. 

Türkiyənin İstanbul şəhəri də qarın əsarəti altında qalıb. Xüsusilə şəhərin şimal-qərb bölgəsində yollarda və Trans-Avropa Magistral Yolunda nəqliyyatın hərəkətində durğunluq yaranıb. İstanbul bələdiyyəsi  yolların açılması üçün dayanmadan işləyir və tez-tez yollara duz səpir.

Qar Yaponiyadan da yan keçmiyib. Qarlı havaya hazırlıqsız olan Yaponiyanın qərbində yollar bağlanıb. Havanın bu cür dəyişməsi uçqun riskin artırıb.Yaşayış yerlərində tam fərqli bir təhlükə var. Artıq 50-dən çox adam bu təhlükənin qurbanı olub.

Çox ölümün səbəbi, Yaponların qar təmizləməyə çalışarkən aldığı qəzalar üzündəndir.
Niqata şəhərində damlarda və yollarda yığılan qar  təmizlənərkən 12 adam ölüb. Bunun ardınca Hokaido (10) və Aomori(9) bölgələrində ölüm qeydə alınıb.
Həddindən artıq yağan yağışlar nəticəsində meydana gələn qəzalarda 700-dən çox  yaralı var. 

Yaponiya səlahiyyətliləri zəlzələ, sunami və nüvə qorxusunun birlikdə yaşandığı fəlakət zonalarında  evlərindən evakuasiya edilən və müvəqqəti iqamətgahlarda yaşayan on minlərlə adamın aqibətindən narahatdır.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır