Modern.az

Bakıdakı ağacların TƏHLÜKƏSİ - Vaxtlı-vaxtında budanırmı?

Bakıdakı ağacların TƏHLÜKƏSİ - Vaxtlı-vaxtında budanırmı?

Aktual

6 Avqust 2019, 14:50

Avqustun 5-də Bakıda əsən güclü külək nəticəsində ağacların sınması səbəbi ilə bir neçə insan xəsarət alıb. Avqustun 5-dən bu günə kimi 15 ağac sınıb, 54 ağacın isə budaqları qırılıb, ümumilikdə külək 70-ə yaxın ağaca ziyan vurub. Ağacların sınmasına səbəb nədir - onların yaşlı olması, ya vaxtlı-vaxtında budanmaması?

 

Bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Modern.az-a açıqlama verib:

 

“Ağacların hamısında budama işləri aparılır. Müraciət olduqda budama, cavanlaşma işləri həyata keçirilir. Sadəcə olaraq, bu təbii fəlakətdir, burada nə insanları, nə də ağacları günahlandırmaq olar. Küləyin sürəti 40 km-ə qalxırsa, buna ağac necə dözsün?. Yaxşı, ağacı başa düşdüm, bəs, binalar niyə uçur?.”

 

Orxan Məmmədov bu halların baş verməsini normal qarşılayır. O, bir müddət əvvəlki məqamı diqqətimizə çatdıraraq bildirib:

 

“Biz “Atatürk” parkında budama, yəni cavanlaşdırma işləri aparmışdıq. Ağacların üst hissələrindən kəsmişdik. Bu zaman onların təhlükəsi aradan qalxır, eyni zamanda dərin cavanlaşma işləri aparmışdıq. Bütün media qurumları yazırdı ki, ağacları kəsib, məhv edirlər. Yəni budama işləri hər yerdə aparılır. Lakin ağacların budanmasının mövsümü var ki, onu vaxtında etməsən, ağacların məhvinə gətirib çıxara bilər. Payız mövsümündə yenidən budama işləri aparılacaq. Təbii ki, bu vaxtlarda da qəzalı ağacları budayırıq. Yaşlı ağacların kəsilməsi belə Nazirlər Kabinetinin qərarı ilə  -yaşıllıqların götürülməsi qaydası ilə tənzimlənir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?