Modern.az

AvroLiqada TƏHLÜKƏ - Ermənilərdən Gürcüstan çempionuna təxribat

AvroLiqada TƏHLÜKƏ - Ermənilərdən Gürcüstan çempionuna təxribat

Dünya

6 Avqust 2019, 14:54

Ermənistan təmsilçisi “Ararat” Avropa Liqasının 3-cü təsnifat mərhələsində Gürcüstan çempionu “Saburtalo” ilə qarşı-qarşıya gələcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ilk matç avqustun 6-da Yerevanın “Respublika” stadionunda baş tutacaq.

Radikal erməni fanatları artıq indidən gürcü azarkeşlərin Yerevana gəlişinə hazırlaşır. Belə ki, iki ölkənin fanatları arasında tez-tez davalar olur. Bu davaların kökü hələ Sovet İttifaqı zamanı Tbilisi “Dinamo”su və Yerevan “Ararat”ı arasında baş tutan matçlardan qaynaqlanır. Hətta 1958-ci ildə “Ararat” və “Dinamo” klubları arasında matç fanatların qarşıdurmasına görə təxirə salınmışdı.  

 

2013-cü il iyunun 17-də Tbilisi “Dinamo”su  və “Şirak” (Gümrü) komandalarının matçında kütləvi dava düşmüşdü. Həmin vaxt 80-a qədər erməni azarkeşi ilə gürcü fanatı arasında Tbilisi stadionu yaxınlığındakı kütləvi davada yaralananlar var idi. Polisin müdaxiləsindən sonra dava səngimişdi. Toqquşmalara səbəb erməni azarkeşlərin tribunalardan “Rusiya” deyə çığırmaları olmuşdu. Buna cavab olaraq, gürcü fanatlar “Azərbaycan” deyə qarşılıq vermişdilər.

 

Sonuncu diqqət çəkən insident isə 2016-cı il iyunun 30-da baş vermişdi. O zaman Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gümrünün “Şirak” və Qorinin “Dila” klubları arasında matçdan sonra toqquşma baş vermişdi. Gürcü azarkeşlər erməni fanatların təxribatçı plakatlarından qəzəblənərək, erməni futbolçuları daşıyan avtobusa hücum çəkmişdilər. İnsident zamanı bir neçə nəfər xəsarət almışdı.

 

Bir neçə saatdan sonra baş tutacaq “Ararat”-“Saburtalo” matçına gəlincə, Respublika stadionunda keçiriləcək matça 8692 bilet satılıb. Matçın ənənəvi olaraq gərgin keçəcəyi, gürcü və erməni fanatlar arasında toqquşmaların olacağı gözlənilir.

Belə ki, ermənilərin “Red Eagles” və “First Armenian Front” fanat birlikləri gürcü azarkeşlərini səbirsizliklə gözlədiklərini, onlara Yerevanda “isti qəbul” hazırladıqlarını bəyan ediblər.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür