Modern.az

Xəzər dənizində Azərbaycanı gözləyən təhlükə…

Xəzər dənizində Azərbaycanı gözləyən təhlükə…

6 Avqust 2019, 15:37

İyulun 31-dən avqustun 2-dək "Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunması” mövzusunda taktiki təlimlər keçirilib.

 

Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən, taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri iti­sürətli və yüksək üzmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, o cümlədən müasir silahlarla təchiz edilib.

Burada belə bir sual yaranır. Dövlət Sərhəd Xidmətinin Xəzər dənizində təlimlər keçməsində əsas səbəblər nədir ?  Xəzər dənizində Azərbaycan üçün potensial təhlükə mənbəyi var?

 

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a danışıb. 

Üzeyir Cəfərov deyir ki, son bir neçə ildir ki, Rusiyanın Xəzər dənizinə xüsusi iddiaları özünü qabarıq şəkildə göstərir. 

 

“Putin dəfələrlə bəyan edib ki, məqsədi Xəzər dənizində hegemonluğunu tam şəkildə təmin etməkdir. Buna da səbəb kimi özünün keçmiş SSRİ-in varisi olmasını göstərir  və deyir ki, SSRİ zamanında Xəzər dəniziAzərbaycana məxsus deyildi. O həmçinin bildirir ki, Xəzər hövzəsində İrandan başqa digər ölkələrin SSRİ zamanında Xəzər dənizinə sahib ölkə kimi adı çəkilmirdi. Hazırda Putin Xəzər dənizinə aid olan qoşun birləşmələrini zəiflətmək üçün var gücü  ilə hərbi sahədə Xəzərə yatırımlar həyata keçirir. Yəni baza yenilənir, dənizə hərbi avadanlıqlar gətirilir. İran, Qazaxıstan və Türkmənistan bütün bu baş verənləri görür. Qazaxıstan və Türkmənistan Xəzərdə təzə “oyunçular”  olduğuna görə  o qədər də bu yarışmaya qoşulmurlar.  Lakin  İranın Rusiya ilə çox yaxın münasibəti olduğuna baxmyaraq,  Xəzərlə bağlı bəzi planlarını həyata keçirir.  Keçən həftə  Rusiya prezidenti Dövlət Dumasına Xəzər dənizinin hüquqi statusu ilə bağlı sənədin ratifikasiyası  haqqında sənəd göndərdi.  Yəni onlar dilə gətirməslər də Xəzər dənizi Rusiya üçün prioritet məsələlərdən biridir.   

Ekspert deyir ki, varisliyə qalanda SSRİ zamanında Xəzər dənizi ilə bağlı bütün məsələlər Azərbaycanın əlində idi. 

 

“Xəzər donanmasının qərargahı Bakıda, cənub qoşunlarının mərkəzi qərargahı indiki Müdafiə Nazirliyinin binasında yerləşirdi. SSRİ dağılandan sonra donanmanın yeri dəyişdi. Rusiya şovinst rəhbərliyinin iştahı o qədər böyükdür ki, onlar quruda olan məslələlər ilə kifayətlənmirlər. Rusiyanın Xəzər dənizinin təbii ehtiyatları ilə bağlı neçə il qabağa hesablanmış planı var. Həmin planlarla əlaqədar olaraq yeni sürətli katerlər Xəzər dənizinə gətirilir. Hazırda biz Xəzər dənizi məsələsinə diqqətlə yanaşmalıyıq. Çünki bu dəniz hər zaman Azərbaycan üçün ciddi əhəmiyyət daşıyıb”.

 

Əzizə ZEYNAL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır