Modern.az

Qondarma “Pan-Ermənistan oyunları”na gələnlər “qara siyahı”ya salınacaq - İcma sədri

Qondarma “Pan-Ermənistan oyunları”na gələnlər “qara siyahı”ya salınacaq - İcma sədri

Aktual

7 Avqust 2019, 11:26

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları"na gələn iştirakçılar nəzarətdə saxlanılacaq və həmin şəxslər Xarici İşlər Nazirliyinin "qara sıyahı"sına da daxil edilə bilər”.


Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı danışarkən deyib.


Tural Gəncəliyev belə “oyunlar”ın keçirilməsinin tamamilə yolverilməz olduğunu vurğulayıb.

“Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərində 2019-cu il avqustun 5-də qondarma “panerməni oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib. Nikol Paşinyan çıxışında ölkəmizə qarşı işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinmədi. Biz Paşinyanın çıxışını pisləyirik”.


İcma rəhbəri həmçinin oyunlarda dünyada yaşayan ermənilərin iştirak etdiyini, başqa ölkə nümayəndələrinin bu yarışlarda  iştirak etməsinin yalnış olduğunu və oyunlara qarşı etirazlarını bildirmələrinin vacib olduğunu da qeyd edib.

O bildirib ki, həmin oyunların işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlik aparıldıqdan sonra keçirilməsi qəbuledilməzdir: "Belə oyunlar sülhə xidmət etməlidir. Yalnız Azərbaycanlı icma öz ərazilərinə qayıdacağı təqdirdə belə oyunlar keçirilə bilər. Belə oyunların beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur və beynəlxalq hüquqa ziddir". 

 

T. Gəncəliyev qeyd edib ki, icmanın oyunlarla bağlı bəyanatı artıq beynəlxalq təşkilatlara göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü