Modern.az

Bu il pambıqçılıqda nələr gözlənilir? - Nazirlikdən AÇIQLAMA

Bu il pambıqçılıqda nələr gözlənilir? - Nazirlikdən AÇIQLAMA

7 Avqust 2019, 16:52

Pambıq Azərbaycanda "ağ qızıl " adlanir. Respublikamız dünyanın pambıqçılıq ölkələrindən biri hesab edilir. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur.

 

Pambıqçılıq əməktutumlu və yüksək gəlirli istehsal sahəsi olmaqla yanaşı, həm də ölkədə yüngül sənayenin inkişafına ciddi təkan verə biləcək sektordur. Ölkəmizin sosial və iqtisadi inkişafında bu bitkinin zaman-zaman xüsusi əhəmiyyəti olub. Pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab olunur.

 

Azərbaycanda xüsusi diqqət ayrılan pambıqşılıq sahəsi hazırda nə vəziyyətdədir? Bu il üçün məhv olan sahələr oldumu və ya bol məhsul gözlənilirmi?

 

Mövzuyla bağlı Modern.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, bu il heç bir sahə məhv olmayıb.

 

“Sahələrə yüksək aqro-texniki qulluq göstərilir. Bundan əlavə Aqrar İnkişaf Mərkəzləri tərəfindən fermerlər təlimlərə cəlb olunub və olunmaqda davam edir. Çünki indi pambıqçılığın ən aktiv dövrüdür. Dərmanlama prosesi və digər qulluqlar gedir deyə, fermerlər təlimlərə cəlb olnublar. Pambıqçılıqla bağlı heç bir problem yoxdur. Bu il yüksək məhsuldarlıq gözlənilir. Sentyabr ayının 15-dən yığım başlayacaq. Əminliklə demək olar ki, ötən ilki göstəricilərə nisbətən bu ilki məhsuldarlıq xeyli yüksək olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir