Modern.az

Sabiq prezident saxlanıldı - VİDEO

Sabiq prezident saxlanıldı - VİDEO

Dünya

7 Avqust 2019, 20:03

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, A.Atambayevin vəkili bildirib ki, xüsusi təyinatlılar keçmiş prezidentin evinə yaxınlaşıblar, ərazidən atəş səsləri eşidilib.

A.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq xüsusi təyinatlılara mane olmaq istəyib. 10-dan artıq şəxsin yaralandığı bildirilir.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə