Modern.az

Ağacların ağardılması – Sovetdən qalma ənənə ya faydalı zərurət?

Ağacların ağardılması – Sovetdən qalma ənənə ya faydalı zərurət?

Aktual

8 Avqust 2019, 15:03

Bir ağac il әrzindә atmosferә tәxminәn 120 kiloqram oksigen buraxır. Bu qәdәr oksigen üç nәfәrdәn ibarәt bir ailәnin bütün il boyu tәnәffüsünә bәs edәr.

 

Ağac ona lazım olan qidanın 90 faizini atmosferdәn, 10 faizini isә torpaqdan alır. Digәr canlılarla müqayisәdә ağaclar planetimizin әn uzun ömürlü varlıqlarıdır.

 

Ağaclar atmosferin çirklәnmәsinin qarşısını alan әn etibarlı müdafiә vasitәsidir. Onlar havanı işlәnmiş qazlardan, şәhәrlәri isə sәs fonundan tәnzimlәyir.

 

Ağaclara qulluq deyəndə hər kəsin ağlına birinci növbədə onların budanması və əhənglənməsi gəlir. Lakin bizim qəbul etdiyimiz qulluq növü olan əhənglənmədən dünya ölkələrinin demək olar ki, yarıdan çoxu istifadə etmir. Buna baxmayaraq, Azərbaycan və keçmiş Sovet ölkələri bu üsuldan istifadə etməyə davam edir. Ümumiyyətlə ağacların əhənglənməsi onlar üçün hansı səbəblərə görə lazımdır? Yoxsa bu sadəcə Sovet dönəmindən qalma bir “adət”dir?

 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Modern.az-a açıqlamasında qeyd etdiyimiz əhənglənmə üsulundan sadəcə meyvə ağacları üçün istifadə etdiklərini bildirdi.

 

“Məhz bu üsul Sovet dönəmindən qaldığına görə biz ağacların əhənglənməsindən istifadə etmirik. O, əsasən, aqro-texniki qaydalarda meyvə ağaclarına əhəng vurulur ki, yerdən qarışqa və digər həşəratlar ağaca qalxmasın. Amma biz Bakı şəhərində meyvə ğaclarından deyil, dekorativ ağaclardan istifadə edirik”.

 

Orxan Məmmədovun qeyd edib ki, dekorativ ağacların əhənglənməsini qəti şəkildə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri edə bilməz.

 

“Biz qəti şəkildə dekorativ ağacları əhəngləmirik. Bizdə heç rəng də yoxdur, əhəng də. Onu ola bilsin ki, qeyri-təşkilatlar həyata keçirir. Ağacların əhənglənməsi bəzi növ ağacların inkişafına da ziyan vura bilər. Meyvəsi olmayan ağaclara əhəng vurulması heç bir qaydalarda nəzərdə tutulmayıb. Bu əvvəlki dönəmdən qalma bir şeydi”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir