Modern.az

Azərbaycandakı 3 universitetin Türkiyə ilə “diplom problemi” həll olundu?..

Azərbaycandakı 3 universitetin Türkiyə ilə “diplom problemi” həll olundu?..

Təhsil

8 Avqust 2019, 16:17

Bir müddət əvvəl yayılan xəbərlərdə iddia olunurdu ki, Türkiyənin Ali Təhsil Qurumu - YÖK Azərbaycanın “Odlar Yurdu” Universiteti, Bakı Mühəndislər Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Qeyd olunurdu ki, bu universitetləri bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura dərəcəsində təhsil ala bilməyəcəklər.

Xəbərlərdə bildirilirdi ki, Türkiyə Ali Təhsil Qurumu həmin universitetin diplomlarını tanımayacağını bəyan edib.

 

Hazırda bu problem nə yerdədir, məsələ öz həllini tapıbmı?

 

Mövzuyla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a açıqlamasında deyib ki, bununla bağlı Türkiyə tərəfindən Təhsil Nazirliyinə heç bir rəsmi müraciət daxil olmayıb.

 

“Odlar Yurdu” Universitetinin mətbuat xidmətindən əməkdaşımıza bildirildi, bu məsələni bir sıra mürtəce qüvvələr qaldırmışdılar:

 

“Bunlar hamsı “boş” söhbətlərdir. Bizim universitetin tələbələrinə heç bir yerdə məhdudiyyət yoxdur. “Odlar Yurdu” Universiteti Türkiyənin Yüksək Öyrətim Kurulu tərəfindən Azərbaycanda bütün ixtisasları üzrə tanınmış yeganə özəl ali təhsil müəssəsidir”.

 

Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətindən verilən açıqlama isə fərqli oldu. Bildirildi ki, bu Türkiyənin deyil, sadəcə Türkiyədəki bir qurumun-YÖK-ün qərarı idi.

 

“Bu qurumun qərarını ciddiyə almayanlar da oldu. Elə bizim universitetin bir neçə tələbəsi bu il Türkiyədə bəzi universitetlərin magistratura pilləsinə qəbul olunub. Bu da o deməkdir ki, vəziyyət qənaətbəxşdir. Məsələ nazirlik səviyyəsində araşdırılırdı, yoluna qoyulması üçün də müvafiq addımlar atıldı”.


Bakı Mühəndislik Universitetindən məsələyə münasibət öyrənmək mümkün olmadı..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır