Modern.az

Yağıntılar sürüşmə zonalarında aktivləşmə YARATDI

Yağıntılar sürüşmə zonalarında aktivləşmə YARATDI

Aktual

9 Avqust 2019, 11:28

“Son günlər respublika ərazisində havaların yağmurlu keçməsilə əlaqədar olaraq, müəyyən ərazilərdə sürüşmə proseslərində aktivləşmə müşahidə edilir.

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ə.Qaralov qeyd edib ki, iyulun sonlarında xüsusilə bölgələrdəki sürüşmə zonaları aktivləşib:

“Qubada “Quruçay” adlanan ərazidə hansı ki, Alpan-Xınalıq magistral yolu çəkilir, həmin ərazidə aktivləşməüşmə var. Susay kəndindən təxminən 5 kilometr şimal-qərbdə “Quruçay”ın sol sahilində 40 hektara yaxın ərazidə (yamacın mailliyi 40 dərəcəyə yaxındır, eni 300 metr, uzunluğu 100 metrdir) axıntı, tikili-sürüşmə prosesi baş verib. “Quruçay”ın məcrasında xırda gölməçələr əmələ gəlib, sürüşmə məhsulları çay boyunca , 1 kilometr məsafədə yayılıb. Həmin çöküntülər narın dənəli, tərkibi şirəli olan gilli-qumlu çöküntülərdən ibarətdir. Çayda bulanıqlıq əmələ gəlib, hansı ki, təxminən 15 minə yaxın əhalinin yeganə su təchizatı həmin çayladır. Hazırda orada müəyyən problemlər yaranıb, sürüşmə aktiv fazadadır”.

Nazirlik rəsmisinin sözlərinə görə, daha bir sürüşmə şimal bölgəsindəki Qusarçayda qeydə alınıb:

“Lərzə tərəfdə hansı ki, əhəng daşları üstündür, orada da lokal sürüşmələr baş verib. Çayda yenə də həmin şirəli əhəng daşı çayboyunca yayılaraq, suyu bulandırmışdı. Hazırda olduğum Şamaxı bölgəsinin 106- 11-ci kilometrliyində (qədim sürüşmə ərazisi) davam edən yol tikintisi ərazisində də lokal tikili, oturma, çökmə prosesləri müşahidə edilir”.

Ə.Qaralov qeyd edib ki, Bakıda və Abşeronda müşahidə edilən leysan xarakterli yağışların nəticəsində aktivləşməsi ehtimal edilən ərazilərdə monitorinqlər aparılacaq və daha sonra mətbuata açıqlama veriləcək:

“Süxurla suyla doymalı, sürüşmə müstəvisinə çatmalıdır ki, ərazidə sürüşmənin aktivləşib-aktivləşmədiyini müşahidə edə bilək. Yağış yağan kimi sürüşmə başlamır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!