Modern.az

Sərdar Cəlaloğlu: “Musavat, AXCP hansı cəhətdən fərqlənir ki?”

Sərdar Cəlaloğlu: “Musavat, AXCP hansı cəhətdən fərqlənir ki?”

9 Avqust 2019, 11:41

Son vaxtlar Azərbaycan Demokratik Partiyasının (ADP)  fəallığı əvvəlki vaxtlara nisbətdə azalıb. Siyasi müstəvidə hakim mövqe tutan müxalif partiyalardan biri - ADP-in son zamanlarda fəallığının azalmasının səbəbi nədir? Partiyanın gələcək planları nədən ibarətdir?


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında partiyasının fəallığınını küçə və meydanlardan sosial şəbəkələerə keçdiyini etiraf etdi.

“Siyasi partiyaların fəallığı siyasi gündəmlə bağlıdır. Bu gün Azərbaycanda siyasi fəallığı tələb edən real hadisələr baş vermirsə, partiyaların fəallığı cəmiyyətə heç nə vəd eləmir. Digər tərəfdən də Azərbaycanda son vaxtlar siyasi müstəvi meydan, küçələrdən sosial şəbəkələrə köçüb. İnsanlar sosial şəbəkələr vasitəsilə siyasi məlumat alır, siyasi diskussiyalarda iştirak edərək siyasi  partiya və liderlərin fəaliyyətini izləyirlər. Ən çox sosial şəbəkələrdə iştirak edən partiyalardan biri bizik. Bu baxımdan küçə və meydanlarda bizi görməmək normaldır. Əgər sosial şəbəkələrdə çıxış etməsək, bu halı qınayacaqlar”.

 

Sərdar Cəlaoğlu deyir ki, digər partiyaların da siyasi aktivliyini müşahidə etmədiyini əlavə edib.

“Müsavat, Azərbaycan Xalq Cəbhəsi partiyası Demokratik Azərbaycan Partiyası ilə hansı cəhətdən fərqlənir ki?  Ölkədə elə bir məsələ yoxdur ki, biz ona həssas mövqe nümayiş etdirməyək”.

 

Bələdiyyə seçkilərindən danışan sədr deyib ki,  bələdiyyələrin statusu onları hakimiyyət institutu kimi görməyə imkan vermir.

“Ölkədə seçkilərin uzun müddət saxtalaşdırılması regionlarda bələdiyyələrə olan marağı azaldıb. Bələdiyyəyə üzv olmaq istəyən şəxs bukletlər hazırladır, qapı-qapı gəzib insanlarla söhbət edir ki, səs toplasın. Lakin çox təəssüf olsun ki, seçkilərdə saxtalaşdırılma halları olduğu üçün həmin əziyyəti çəkən şəxslərin zəhməti heç olur. Buna görə də partiya üzvlərindən heç kimi bu seçkilərdə iştirak etmək üçün təhrik etməyəcəyik. Lakin partiya üzvlərindən seçkilərdə iştirak etmək istəyən olarsa, təbliğat, işlərində ona kömçək edəcəyik. Parlament bələdiyyələrə nisbətdə daha irimiqyaslı olan ali hakimiyyət orqanı olduğuna görə  seçkilərin nəticələrinin necə olmasından aslı olmayaraq iştirak edəcəyik. Parlament öz ideyalarımızı bütün respubıikaya yaymağa imkan verir.  Bu baxımdan parlament seçkilərində iştirak etmək əlverişlidir”.

 

Əzizə ZEYNAL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü