Modern.az

Qurban ətləri pulsuz müayinə olunacaq

Qurban ətləri pulsuz müayinə olunacaq

Aktual

9 Avqust 2019, 13:16

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli kəsim məntəqələrinə infotur təşkil edib.

Modern.az-ın məlumatına görə, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə respublika üzrə 44 stasionar və 30 çadırtipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək.

Agentliyin mütəxəssislərinin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı, onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək.

Qeyd olunub ki, kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləəcək xəstəliklərin qarşısını almaq baxımdan zəruri şərtdir. Bu səbəbdən də heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməsi vacibdir. Sanitariya, gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə kəsim və satış, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşlnması yolverilməzdir.

Baytarlıq üzrə baş müfəttiş Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib ki, Qurban bayramı günlərində heyvan kəsiminin qida təhlükəsizliyinin tələblərinə uyğun formada həyata keçirilməsi üçün çox ciddi hazırlıqlar gedir:

“Biz daimi fəaliyyət göstərən kəsim müəssisəsinə və müvəqqəti olaraq hazırlanmış çadırtipli ətkəsimi məntəqələrinə baxış keçiririk".

O bildirib ki, Qurban bayramı günlərində kəsilən heyvan ətlərində qida təhlükəsizliyinin tələblərinin qorunmasını təmin etmək üçün respublikada 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına verilib:

"Bura gətirilən heyvanlar həkim müayinəsindən keçir və baytarlıq şəhafətnamələri ilə təmin olunur. Heyvan sağlamlığı tam sübuta yetirildikdən sonra onun kəsiminə icazə verilir. Daha sonra kəsilmiş ət də baytar-sanitar ekspertizasından keçirilir. Yekunda isə ət müştərilərin istifadəsinə verilir".

30 saylı qida təhlükəsizliyinə nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayev isə bildirib ki, kəsimdən sonra heyvanın baş nahiyəsindən tutmuş cəmdəyi və daxili orqanlarına da baxış keçirilir:

"Heyvan kəsimi başa çatdıqdan sonra isə onun daxili orqanlarından invaziona xəstəliklərə görə analizlər götürülür. Ətin yararlı olmasını isə laborator müayinə göstərir. Hansısa şübhə olarsa laborator analiz götürülür".

Qeyd edək ki, Tarif Şurasının təyinatına görə, iribuynuzlu heyvanların baytarlıq baxışı 5, xırdabuynuzlu heyvanların baytarlıq baxışı isə 4 manatdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır