Modern.az

Aeroport yolunda QƏZA – Ana və körpəsi xəsarət aldı

Aeroport yolunda QƏZA – Ana və körpəsi xəsarət aldı

Aktual

9 Avqust 2019, 12:59

Aeroport yolu, Sabunçu keçidinin yanında avtoqəza baş verib. Səhiyyə Nazirliyindən (SN) Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində  30 yaşlı qadın və 6 aylıq körpəsi xəsarət alıb:

“Qadın alın nahiyəsinin kəsilmiş yarası və 6 aylıq qızı qapalı kəllə beyin travması, təpə sümüyünün zədələnməsi xəsarətləri ilə hadisə şahidlərinin köməkliyi ilə Pedriatriya institutuna gətiriliblər. Təcili Yardıma çağırış Pedriatriya institutuna olub. Daha sonra yaralılar Klinik Tibbi Mərkəzə çatdırılıblar”.

Rəsmi məlumata görə, hazırda müalicələri davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!