Modern.az

Bu şəhərlərdə Qurban bayramına görə nəqliyyat pulsuz olacaq

Bu şəhərlərdə Qurban bayramına görə nəqliyyat pulsuz olacaq

Aktual

10 Avqust 2019, 11:45

Qurban bayramı ilə əlaqədar olaraq Türkiyənin paytaxtı İstanbulda ictimai nəqliyyat vasitələri pulsuz fəaliyyət göstərəcək. 

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  bu haqda məlumatı İstanbul bələdiyyəsi öz internet səhifəsi üzərindən insanlara açıqlayıb. Açıqlamada bildirilir ki, bayramın ilk dörd günü ərzində insanlar bütün nəqliyyat vasitələrindən pulsuz istifadə edəcək.

 

İstanbulda alınan qərardan sonra Ankara da bu fəaliyyətə qoşulub. Belə ki, bayram günləri bu şəhərdə də heç bir pul ödəmədən ictimai nəqliyyatdan gün ərzində istifadə edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Əzizə ZEYNAL

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü