Modern.az

Yanacaq dolu yük maşını partladı: 57 ölü

Yanacaq dolu yük maşını partladı: 57 ölü

Aktual

10 Avqust 2019, 14:01

Tanzaniyanın  Morogoro adlı bölgəsindəki partlayış nəticəsində 57 nəfər həyatını itirib.

 

Modern.az  xarici  KİV-ə istinadən xəbər verir ki, partlayış yanacaq dolu yük maşınında baş verib. Maşındakı benzinin kənara sızdığını görən şəxslər onun ətrafına toplaşaraq  yerə axan nefti bidonlara doldurmağa çalışıb. Elə o əsnada maşın partlayıb.

 

Həmin bölgə üzrə polis Steven Kabwe-nin açıqlamasına görə 57 nəfər dünyasını dəyişib, xeyli sayda ağır yaralı var. Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə ərazidən uzaqlaşdırılaraq xəstəxnaya yerləşdirilib.

 

Əzizə ZEYNAL

 

 

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə