Modern.az

Ermənistan əhalisi azalır - Paşinyanın daha bir mifi puç oldu

Ermənistan əhalisi azalır - Paşinyanın daha bir mifi puç oldu

10 Avqust 2019, 16:35

Ermənistan hakimiyyəti “məxməri inqilab”dan sonra keçən 15 ay ərzində ölkə əhalisinin artmağa başladığını, diaspor ermənilərinin ölkəyə kütləvi axın etdiklərini elan etmişdi. Lakin demoqrafik məlumatlar bunun heç də belə olmadığını göstərir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, demoqraf Artak Markosyan 2019-cu ilin ilk 6 ayında ölkə əhalisinin 3,7 min nəfər azaldığını söyləyib.

“Bu göstərici ölkəni tərk edən 6 min vətəndaş və doğum göstəricilərindəki 2,3 min nəfərlik müsbət saldonun arasındakı fərqdən yaranıb. Son vaxtlar ölkəni tərk edənlər Ermənistan pasportundan imtina edərək, yaşadıqları ölkənin pasportunu götürür”.

 

Markosyan təkcə 1 aprel-1 iyul tarixləri arasında ölkəni 500 sakinin tərk etdiyini əlavə edib. Demoqraf doğum göstəricilərinin də 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,9%, yaxud 150 körpə daha az olduğunu dilə gətirib.

 

Xatırladaq ki, 2019-cu il yanvarın 1-i üçün Ermənistan əhalisi 2 milyon 965 min 100 nəfər təşkil edir. Eyni göstərici 2018-cu il yanvarın 1-də 2 milyon 972 min 700 nəfər təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir