Arxiv
10 Avqust 2019, 16:52 | AKTUAL
Biz necə bir polis istəyirik?..

Əkbər QOŞALI


Dayım nəvəsi, ailənin tək oğlu Nihat bu günlərdə Azərbaycan Polis Akademiyasına qəbul oldu. Nə gizlədim, içi mən qarışıq, qohum-əqrabada bir xeylimiz, Nihata mülki universitetlərdən birini seçməyi təklif edirdik, o isə inad edirdi. Dedik, yüksək bal toplamısan, seçim imkanın genişdir; dedi, yüksək bal toplayanlar polis peşəsini seçsə, daha yaxşı olmazmı? Dedik, oxuyanda da, işləyəndə də, ayağın “botinka”da olacaq, rahatçılığın az olacaq; dedi, sizlərin rahatçılığınıza xidmət edəcəyik – pisdimi? Dedik, “a bala, elə ətli-qanlı deyilsən...” – sözümüzü tamamlamağa qoymadı: “Nəciblik nə zamandan ayıb olub?”... “Bə, birdən dözməsən, təhsilini yarımçıq saxlasan?!.” – Dedi: “Əgər dözümsüz olsam, məni akademiyadan vaxtında çıxarsalar, yaxşıdır, qoy, dözümlülər yola davam etsin”. Uzun sözün qısası, bəlkə biz çox dedik, amma o az eşitdi və düz etdi: budur, Polis Akademiyasının tələbəsi adını qazanıb! Nihatı, onun kimi düşünən, onun kimi prinsipial olan gənclərimizin hamısını təbrik edirəm! 2 il öncə buna bənzər bir söz-söhbət də bizim evdə yaşanmışdı: ortancıl oğlum, ixtisas seçimində ingilis dilli fakultə seçəndə, “ay oğul, sənə çətin olacaq”-filan deyərəkən, o bizə bircə kəlmə dedi: “İngilisdilli fakultədə oxuyanlar məndən artıqdırmı?”.. – Söhbət bununla da bitdi, daha nə biz bir söz əlavə etdik, nə də o seçimindən əl çəkdi. Şükür, artıq 3-cü kursa keçib, ötən 2 ili də yüksək nəticələrlə oxuyub, ingiliscəsini də, xeyli inkişaf etdirib.

Dediyim odur ki, gənclərimiz prinsipial olunca, sabitqədəm seçim edərkən, onların yanında olmalıyıq, bir dediklərini iki eləməməliyik, əslində. Bizim dövrümüz bizimlə keçir – müdriklər demiş, gənclər öz zəmanələrini necə şəkilləndirmək istəyirlərsə, qoy, elə də olsun! Yollarına işıq!

Bu yazıda polisimizdən yazmaq istəyirəm, bir az. Polisdə problemlər olmayıbmı? – Olub. Yenə problemlər varmı? – Olsun ki var. Gələcəkdə də problemlər ola bilərmi? – İstisna deyil. Toplumumuzun özü kimidir polisimiz də. Elə təsəvvür etsək ki, qalan sahələrdə çatışmazlıqlar ola-ola, yalnız bir sahədə hər şey gül-gülüstana dönsün – bu, sadəlöhvlük olardı. Toplumun problemlərinə kompleks baxış olmalıdır – hamımız tərəfindən. Məsələn, dayımgil yüksək bal yığmış, evin tək oğlu olan, nəcibbədənli Nihatın Polis Akademiyası seçiminə yaşıl işıq yandırmaqla, polisimizin sabahına öz töhfələrini vermiş oldular. Onlar giley-güzar edib, po­lisdəki hansısa əyər-əskikləri qabarmatqdansa, hansısa polis zabitinin, sıravi polis işçisinin ziyasızlığını, yeni çağırışlara cavab verə bilməməsini dedi-qodu etmədən, öz ciyər­paralarını irəli verdi! – Verdi ki, polisimiz Nihat(lar)la bir boy daha intel­lektuallaşsın, bir oğul qədər daha vətənpərvər olsun; bir gənc boyda daha ədalətli olsun; bir Vətən övladı ilə daha ayıq-sayıq olsun!..

Bax, məncə belə – fərdidən ümumiyə, təkdən cəmə dialektik yanaşması ilə bütün toplu­mumuzu çiçəkləndirə bilərik. Yalnız bir sahə ilə bağlı deyil, ümumən deyirəm: “Mən yanmasam, sən yanmasan, o yanmasa... Necə çıxar qaranlıqlar aydınlığa?” (Nazim Hikmət)...

Bilirsiz, bizim Nihatın qətiyyətlə Polis Akaemiyasını seçməsi, bizdən daha çox maraq dairəsi olan bir gənc olaraq, onun, onun timsalında digər gənclərimizin, asayişin təmin edilməsinə cavabdeh mərkəzi icra hakimiyyəti orqanının rəhbərliyinə, önəmli, həlledici qərarlar verən generalitetə güvənin ifadəsi olaraq qəbul edilə bilər, deyə düşünürəm. Hər hansı bir sahədə daha sağlam ovqat yaranması, o sahədəki əsas orqan sıralarının sözün bütün anlamlarında sağlam gənclərimizlə təmin edilməsi sayəsində irəli gedə bilər, təbii. Bəli, bu yanaşma, yalnız polis üçün deyil, bütün əməli çalışma sahələri, o sahələrin mənsubları üçün də keçərlidir.

Azərbaycan polisi Azərbaycanın bir parçasıdır – yaxşısı ilə, pisi ilə, uğuru ilə, problemi ilə, onun, sənin, mənim... asayişin təmininə verdiyimiz töhfələrlə... Polisin necəliyi, onun işinin çətinliyi hansısa radikal müxalifət funksionerinin, hansısa “ortada yeyib, qıraqda gəzən”in qərəzli rəyi – Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, subyektiv mülahizələrə söykənən məlumat və şərhi ilə ölçülmür. Azərbaycan polisi dedikdə mənim gözlərim önündə ilk növbədə, şəhid polislərimiz gəlir! Gözlərim önünə qışın soyuğunda, yayın istisində növbədə olan polisi gəlir! Yanan binanın hələ ram edilməmiş alovları içindən körpə xilas edən, yolda qalmış maşındakı hamilə qadını doğum evinə çatdıran, buzlu yola duz səpən, itmiş əşyaları içindəki qızıla, pula toxunmadan yiyəsini bulub, ona çatdıran polisə Azərbaycan polisi deyirəm mən..!

Unutmamalıyıq:

-Polis öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşımızın təhlükə­sizliyini qo­ruyur; o, insanların qanunauyğun davranışını təmin etmək üçün mövcuddur;

-Vətəndaşımızın təhlükəsizliyinin qorunması, üzləşdiyi təhlükədən güvənli müdafiəsi polisin çiyinlərində, güclü biləklərində, təhlükələrə sipər sinəsində... onun yuxusuz gözlərindədir;

-Azərbaycan polisi alovlardan keçmiş polisdir; müstəqilliyin ilk illərində, Müdafiə Nazirliyi yeni-yeni formalaşanda, respublika sərhədlərinin təhlükəsizliyinə də əsasən onlar cavabdeh idi, terrorçulara, separatçılara, xarici düşmənə ( –ərazi bütövlüyümüzü pozmaq üçün havadarlarının hərbi-siyasi dəstəyi ilə minbir hoqqa çıxanlara)... polis qarşı dururdu. Digər uyğunprofilli sahə nazirliklərinin də bir sıra hüquq-mühafizə kateqoriyalı funksiyaları (məs., yanğınsöndürmə, mülki müdafiə və s.) zaman-zaman polis orqan­la­rının üzərinə düşüb. – Daxili İşlər Nazirliyi ənənələri olan qocaman orqandır. 

-Polis əməkdaşlarının işi, gərgin əməyi toplum üçündür, xalq üçündür, dövlət üçündür, Vətən üçündür!

- Polisi necə görmək istəyirsənsə, ona məhz o yöndən dəstək ol, ümumi işə töhfə ver – heç olmasa, yazınla, heç olmasa xoşgörünlə, heç olmasa, sağlam düşüncənlə...

 

p.s. Nihat adının anlamı ilə ilgilənəndə, görürük ki, “təbiət”, “yaradılış” deməkdir; əlbəttə, bizlər toplum, xalq, dövlət olaraq, nəyi necə yaradacağıqsa, necə görəcəyiksə, o orqan, o in­frastrktur da, elə olacaq. Dünənimizə ehtiram, bugünümüzə məsuliyyət, sabahımıza salam və eşqlər! Bugün yalnız dünənin sonu deyil, sabahın başlanğıcıdır! Əslində, insan hər gün qurur, hər gün yaradır. İnsanlıqdan nəsibini almayanlarsa, hər gün yıxıb, hər gün talamağı düşünür. Ona görə, qoy, bu yazı da, alqışla bitsin, xeyirə ca­lansın: Xeyirə inam duyğu-düşüncəsi ilə, gələ­cə­yimiz xeyir olsun! Azərbaycan polisinin Şuşada, Xankəndində asayişi təmin edəcəyi müqəddəs günlər uzaqda deyil inşallah!

Bayrağın uca olsun, varlığım Azərbaycan!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01