Arxiv
10 Avqust 2019, 17:11 | AKTUAL
Yol polisi nasaz avtomobillərə qarşı sərt tədbirlərə başladı - VİDEO

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin “Ekoloji nəzarət” bölüyünün əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində daha bir reyd keçiriblər. Modern.az xəbər verir ki, “Ekologiya postu”nda baş tutan reyd zamanı texniki cəhətdən nasaz olan, eləcə də normadan artıq zəhərli qaz ixrac edən nəqliyyat vasitələri aşkar edilib. Hətta “QAZ-24” və “QAZ-31” iki avtomobil saxlanıldıqda onların əyləc və sükan idarəetmə mexanizmininin nasaz olduğu üzə çıxıb. Sürücülər etiraz etməyə çalışsalar da, hər iki nəqliyyat vasitəsi müayinə edilib. Onların ikisinin də ixrac edtiyi zəhərli qazların miqdarı normadan 2-3 dəfə artıq olub.
Avtomobillərə baxış zamanı məlum olub ki, işıq cihazları da normal işləmir. Avtomobillərdə təhlükəsizlik elemenləri demək olar ki, yox vəziyyətindədir.

Baş DYPİ-nin Ekoloji nəzarət” bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Avtosfer.az-a bildirib ki, son günlər sürücülərə dəfələrlə müraciətlər edilməsinə, xəbərdarlıq olunmasına və cərimələnməsinə baxmayaraq hələ də bu cür nasaz maşınları idarə edənlərə rast gəlinir:

“Bəzən elə olur ki, bir ay ərzində eyni avtomobili 2 dəfə saxlayıb sürücü barəsində tədbir görürük. Lakin sürücü hər dəfə nasazlığı aradan qaldıracağına söz versə də, əməl etmir. Biz onlara izah edirik ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur. Təəssüflər olsun ki, bəzi sürücülər bunun təhlükəli tərəfini dərk etmir. Bir daha onların diqqətinə çatdırmaq istəyirəm ki, zəhərli qazların miqdarı çox olduqda orqnizmdə ciddi fəsadlar yarana bilər. Sürücü sükan arxasında həmin qazları özü qəbul edir, eyni zamanda, ətrafdakı insanlara da ziyan vurur. Biz bunun qarşısını almağa çalışırıq. Ətraf mühiti qorumaq hər birimizin borcudur”.

Fuad Mayılov onu da bildirib ki, zəhərli qazların miqdarının ölçülməsi üçün saxlanılan avtomobillərin əksəriyyətinin istismar müddəti 20 ilə yaxındır. Onların bəzilərində daha ciddi nöqsanlar da aşkarlanır:

“Belə avtomobillərin sükanında problemlər olur, əyləc sistemi normala uyğun olmur. Baxırsan ki, avtomobildə təhlükəsizliyə aid heç nə qalmayıb. Amma sürücülər belə maşınlarla yola çıxıb özlərini də, başqa hərəkət iştırakçılarını da təhlükəyə atırlar. Biz belə maşınları aşkar etdikdə qanunvericiliyin tələblərini üstün tutaraq texniki nasazlıq aradan qaldırılana qədər həmin avtomobilləri istismara buraxmırıq”.

Qeyd edək ki, “Təmiz hava” aylığı avqust ayı boyunca davam edəcək. Bu günə qədər “Ekologiya postu”nda 600-dən çox sürücüyə cərimə yazılıb, yüzlərlə sürücüyə isə xəbərdarlıq olunub.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01