Modern.az

Azyaşlı qızlara qarşı əxlaqsız hərəkət edən milyarder həbsdə öldü

Azyaşlı qızlara qarşı əxlaqsız hərəkət edən milyarder həbsdə öldü

10 Avqust 2019, 21:37

Azyaşlı qızlarla əxlaqsız hərəkətlər etmək və onları pulla başqalarına satmaq ittihamı ilə həbs olunan amerikalı milyarder Ceffri Epşteyn qaldığı təcridxanada ölü olaraq tapılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir aydır həbsdə olan milyarderi seksual istismar və zorakılıq, kölə ticarəti kimi ittihamla məhkəmə hökmünü gözləyirdi.

Mətbuatın verdiyi xəbərə əsasən, həbsxanada C.Epşteynin başına bir iş gəlməməsinə görə xüsusi mühafizə də ayrılıbmış. Onun daha öncələr təcridxanadan çıxmaq üçün özünə xəsarət yetirdiyi də bilinirdi.

Amerikalı maliyyə maqnatının qurbanlarına gəlincə, onların arasında 14 yaşlı qızların olduğu müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu