Modern.az

Bakıda qadın bıçaqlandı

Bakıda qadın bıçaqlandı

10 Avqust 2019, 23:15

Bakının Nizami rayonu ərazisində qadına bıçaqla xəsarət yetirilib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Ağayeva Əfsanə Bahadur qızı metronun "Koroğlu" stansiyasının yaxınlığında bıçaqlanıb.

Hazırda xəstəxanada olan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, Ə.Ağayeva yaxın tanışı olan bir kişi ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Hazırda fakt polis tərəfindən araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır