Modern.az

\"Qarabağ\" - APOEL oyununa 15 min bilet satılıb

\

11 Avqust 2019, 00:29

Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.

Modern.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq 15 mindən çox bilet alınıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, "Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır