Modern.az

Şəhid övladına qan axtarılır

Şəhid övladına qan axtarılır

12 Avqust 2019, 15:02

1993-cü ildə Qarabağda şəhid olmuş Əhməd Əhmədovun oğlu Samid Əhmədov ağır xəstədi. Şəhidimizin oğlu Türkiyənin Ankara şəhərində yerləşən Hacattepe Unveristetinin Onkoloji şöbəsində müalicə alır. O, atasını 1 yaşı olanda itirib.
Samidin bu gün qana ehtiyacı var. Atası torpaq uğrunda qanını tökərək şəhid oldu. Biz sadəcə onun övladına qanımızdan verərək yardım etmiş olarıq.
Şəhidin həyat yoldaşı Şövkət Əhmədova Modern.az-a bildirib ki, xəstəxana onları qanla təmin etsə də, bu qanı borc olaraq alırlar.

"Bizə istənilən qrupdan qan verilə bilər. Əsas odur qan olsun. Biz xəstəxanadakı ehtiyat qandan istifadə edirik. Bizə verilən qanları başqa qrupdan olsa da, geri verməliyik. Ondan da başqa xəstələr istifadə edər. Bizə BRH+ qanı lazımdı. Qalanı xəstəxanaya aldığımız qanların yerinə ödənəcək. Xahiş edirəm bu bayram günündə övladıma qan verərək, savab qazanın. O zaman Allah da sizdən razı olar. Ankarada, İstanbulda yaşayan minlərlə soydaşımız var. Onlardan yardım gözləyirik. Bizi ümidsiz qoymayın!".

Qan vermək istəyənlər +905363925187 nömrəsi ilə əlaqə saxlaya bilərlər...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir