Modern.az

Ramil Zeynalov Antalyada dənizdə batdı

Ramil Zeynalov Antalyada dənizdə batdı

Aktual

12 Avqust 2019, 16:32

Türkiyənin Antalya bölgəsinin Alanya turizm şəhərində Azərbaycan vətəndaşı həlak olub.

 

 

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə avqustun 11-də baş verib.

Məlumata görə Alanyada yaşayan Ramil Zeynalov Qurban bayramının ilk günündə dostları ilə dənizdə çimməyə gedib, bir müddət sonra 24 yaşlı Ramil batmağa başlayıb. Dostları onu sahilə çəkiblər və 112 təcili yardım xidmətinə zəng vurublar. Hadisə yerinə təcili yardım briqadası gəlib və azərbaycanlını Alanya xəstəxanasına çatdırıblar, amma onun həyatını xilas etmək mümkün olmayıb.

 

Ramil Zeynalovun cənazəsi yarılmaq üçün məhkəmə-tibbi ekspertizası mərkəzinə aparılıb, polis araşdırma aparır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar