Modern.az

Polis əməkdaşları haqqında video-müsahibə yayıldı - BŞBPİ təkzib etdi

Polis əməkdaşları haqqında video-müsahibə yayıldı - BŞBPİ təkzib etdi

Aktual

12 Avqust 2019, 19:34

Sosial şəbəkələrdə Nərimanov 17-ci Polis Şöbəsinin əməkdaşları haqqında məlumat xarakterli video-müsahibə yayılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, müsahibə həqiqətə uyğun olmayan məlumatlardan ibarətdirt. Müsahibə verən şəxsin iddiaları ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılmaqla, müsahibin şəxsiyyəti, hüquqi vəziyyəti müəyyən olunub:


"1991-ci ildə Bakı şəhərində anadan olan, Nərimanov rayonunda qeydiyyatda olan, fərdi qaydada dəmir tədarükü məşğul olan Məmmədov Tural Elman oğlu cari ilin yanvar ayının 1-də axşam saatlarında Nərimanov rayonu A.Heydərov küçəsində tanışı Elxan Hacıyevi onun qarajından dəmir parçaları oğurlamaqda günahlandıraraq idarə etdiyi "Niva" markalı avtomaşını onun üzərinə sürərək ayağından xəsarət yetirib. Həmçinin qanunsuz hərəkətlərini davam etdirərək avtomaşından düşüb E.Hacıyevi döyərək ona yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkəti törədib.

Faktla bağlı yanvar ayının 28-də Nərimanov RPİ-də CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 21.06.2019-cu il tarixdə Tural Məmmədov CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməklə, iyunun 29-da istintaqı tamamlanaraq cinayət işi Nərimanov Rayon Prokurorluğuna göndərilib.
Qeyd olunanları nəzərə alaraq, əlavə heç bir şərh vermədən T.Məmmədov ictimai təhlükəli əməllərini pərdələmək üçün polis əməkdaşlarının ünvanına əsası olmayan ittihamlar səsləndirib. Faktlar o həqiqətin göstəricisidir ki, yalan onun sığınacağıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır