Modern.az

Tovuzda evlərə qənim kəsilənlər saxlanıldı

Tovuzda evlərə qənim kəsilənlər saxlanıldı

Aktual

12 Avqust 2019, 20:17

Tovuzda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisində ümumilikdə üç evə daxil olaraq oradan külli miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pulu oğurlayıblar.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır