Modern.az

Pakistan Kəşmir münaqişəsində Azərbaycandan dəstək gözləyir

Pakistan Kəşmir münaqişəsində Azərbaycandan dəstək gözləyir

Aktual

14 Avqust 2019, 12:03

"Bildiyiniz kimi 1947-də Pakistan və Hindistan müstəqilliyini əldə edəndən sonra elə həmin il Kəşmir münaqişəsi başlayıb" .

 

Modern.az xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O bildirib ki, Hindistan Konstitusiyasının 1954-cü il ildə qəbul etdiyi qərara görə, Kəşmirdə yalnız kəşmirlilər yaşaya bilərdi. "Amma 5 avqust 2019-cu ildə Hindistan konstitusiyasında həmin maddələrə dəyişiklik edib. Bu o deməkdir ki, artıq Hindistanlılar Kəşmirə rahat gələ bilər, dövlət işlərində işləyə bilər, orada yaşaya bilərlər. 38 min əlavə qüvvə gətiriblər Kəşmirə, hansı ki, əvvəl 600 min qüvvə var idi. Artıq 9 gündür ki, komendant saatı tətbiq olunur. Kəşmirdə televiziya, telefon, internet işləmir. Mitiqlərdə qəlpəli partlayıcılardan istifadə edirlər. Həmin partlayıcılar oyuncaq halını alır və daha sonra uşaqlar oynatmaq üçün götürəndə yenidən partlayır".

 

Səfir bildirib ki, Hindistan hökuməti Kəşmirdə turizmi də məhv edib. Kəşmirdəki bu vəziyyət qınağa səbəb olub.

"Bəs onların 370-ci maddəni ləğv etmələrinin səbəbi nədir? Hindistanda BJP partiyasını Nazi partiyasına bənzədirlər. Onlar nazilər kimi qəddardılar. Kilsələri yandırırdılar və hamının Hindu dininə sitayiş etməsini istəyirlər. Bu maddənin ləğv edilməsinin əsas səbəblərindən biri onların Kəşmirdə demoqrafik vəziyyəti pozmaq istəyidir. Onlar Kəşmirə yerləşib BMT-yə göstərmək istəyirlər ki, Kəşmirdə hindular çoxdu və orada müstəqillik tələb etsinlər". Biz Hindistanda olan səfirimizi geri çağırdıq və Hindistanın Pakistanda olan səfirini də geri göndərdik" - deyə səfir sözlərinə əlavə edib.

"Bu BMT Təhlükəsizlik Şurasının qərarlarına tamamilə ziddir, burada məqsəd Pakistanın statusunu dəyişməkdir. Son 9 gündə 100-dən çox Kəşmirli Hindistan Silahlı Qüvvələri tərəfindən öldürülüb. Orada təxribat yaradaraq Pakistanı da əlavə etmək istəyirlər. Bildiyiniz kimi Hindistan, Pakistan və Çin qonşu ölkələrdir. Bu ölkələrinin hər üçü nüvə silahına sahibdir".

 

Səid Xan Mohmand bildirib ki, Pakistan Azərbaycanın dəstəyini gözləyir.

“Mən Xarici İşlər Nazirliyində oldum, cənab Araz Əzimovla görüşdüm. Təbii ki, biz Azərbaycandan da bu barədə rəsmi qətnamə qəbul etməyini istədik. Pakistan Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanındadır və indiyədək Ermənistanı dövlət olaraq tanımırıq. Bizim parlamentimizdə də Xocalı soyqırımı və Ermənistanın işğalçılığı ilə bağlı qətnamə qəbul edilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir