Arxiv
14 Avqust 2019, 18:40 | AKTUAL
“Azercell”in “Rəqəmsal Dünya bölgələrdə” layihəsi davam edir

“Rəqəmsal Dünyanı Yarat” şüarı altında fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC ölkəmizin bölgələrini qarış-qarış gəzməyə davam edir. 

 

Bu dəfə müştəriləri üçün telekom sahəsinin ən son tendensiyalarını daha əlçatan etməyi hədəfləyərək, Azercell “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi ilə Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəkiyə səfər edib və 40 minə yaxın insanı bir araya gətirməyə müvəffəq olub. Dinamik və dəyişkən texnologiyaları tətbiq edib trendə çevirən şirkət, rəqəmsal savadlılıq səviyyəsinin artırılması və Azercell-in yeni innovativ xidmətlərinin
tanıdılması məqsədilə Azərbaycanın 30-a yaxın şəhər və rayonunda bu layihənin keçirilməsini planlaşdırır.

Ölkədə mobil rabitə istifadəçilərinin əksəriyyəti tərəfindən seçilən Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur. Bu tədbirlər silsiləsində bölgələrdə müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlarla yanaşı, interaktiv oyunlar da təşkil edilir, iştirakçılara hədiyyələr paylanılır. Qeyd edək ki, “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində keçirilən bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayəndələri də qatılıb. 

 

Tədbirlərdə Azercell-in himayəsi altında olan “İmzanı tanıt” layihəsi xüsusi guşə ilə təmsil olunur. Bölgələrimizin istedadlı şəxsləri öz əl işlərini burada nümayiş etdirirlər. 

Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən başlayan və hər kəsin rəğbətini qazanan bu sosial çağırış, qısa müddət ərzində istedadına və bacarığına güvənən hər kəsi sosial şəbəkələrdə #imzanitanit “hashtag”ı altında toplamağa müvəffəq olub.

Eyni zamanda, Şəkidə təşkil olunan səfərlərə fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları da qoşulub. 13 avqust tarixində Azercell şirkətinin rəsmi heyəti mobil klinikalarla birlikdə Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib. 60-a yaxın uşaq müayinə olunub və internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edilib.

 

Qeyd edək ki, “Azercell Telekom” MMC ölkəni yeni bağlantı erasına hazır etmək məqsədilə şəbəkənin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görüb. 4.5 milyon istifadəçinin seçimi olan Azercell şirkəti Azərbaycanın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədilə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Son yarım ildə şirkət əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

 

Vurğulamaq istərdik ki, Azercell-in yeni “Rəqəmsal Dünya bölgələrdə” layihəsi artıq Naxçıvan, Ordubad, Şərur, Quba , Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay və Şəki kimi bölgələrdə baş tutub. Rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan edən Azercell-in yeni layihəsini avqust ayında öz bölgənizdə gözləyin!

Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi İnstagram və Facebook səhifələrini izləməyi unutmayın!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağın dirçəlişində sənin də töhfən olsun 17 Sentyabr 2021, 11:10 Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI 17 Sentyabr 2021, 11:08 Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək 17 Sentyabr 2021, 11:05 AccessBank tender elan etdi 17 Sentyabr 2021, 11:00 Xəzərdə dalğanın hündürlüyü 3 metrdən çox olub - Faktiki hava 17 Sentyabr 2021, 10:57 Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər 17 Sentyabr 2021, 10:56 Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftə sonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38 Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edir 17 Sentyabr 2021, 09:32 “Azərişıq”ın əməkdaşını cərəyan vurub öldürdü 17 Sentyabr 2021, 09:26 Neft yenidən ucuzlaşdı 17 Sentyabr 2021, 09:21 Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI 17 Sentyabr 2021, 09:16 Avropa və Konfrans liqalarında ilk oyunlar - Bütün NƏTİCƏLƏR 17 Sentyabr 2021, 09:10 MTN generalının cinayət işi icraata verildi 17 Sentyabr 2021, 09:06 Xarici valyutaların manata qarşı məzənnəsi 17 Sentyabr 2021, 09:00 Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır? - İDDİA 17 Sentyabr 2021, 08:53 Bakıda bu mənzillər ucuzlaşır 17 Sentyabr 2021, 08:45 UEFA reytinqində Azərbaycanın mövqeyi 17 Sentyabr 2021, 08:38 Avropa Birliyi öz ordusunu yaratmaq istəyir 17 Sentyabr 2021, 08:32
SORĞU Hansı vaksinə etibar edirsiniz?