Modern.az

Builki Həcc ziyarətində qadın zəvvarlar 8 uşaq doğub

Builki Həcc ziyarətində qadın zəvvarlar 8 uşaq doğub

Aktual

15 Avqust 2019, 08:55

Bu il Həcc ziyarəti müddətində Səudiyyə Ərəbistanın müqəddəs yerlərində 8 uşaq anadan olub.

Modern.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, Həcc ziyarəti günlərində müsəlman zəvvar qadınlar Məkkənin doğum evlərində 5 uşaq dünyaya gətiriblər. Bu uşaqlardan ikisi Ərafat, biri isə Minada doğulub.

40 yaşlı liviyalı zəvvar qadın Suad Məhəmməd Barbuş Ərafat xəstəxanasında oğlan uşağı dünyaya gətirib və ona Ərafat adı qoyub. Qvineyadan olan 23 yaşlı müsəlman qadın Maymuna Əli isə məşhur Ərafat dağına qalxdıqdan bir neçə saat sonra oğlan uşağı dünyaya gətirib və valideynlər ona Səudiyyə Ərəbistanın vəliəhdi, şahzadə Məhəmməd Salmanın şərəfinə Məhəmməd Salman adı veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?