Arxiv
15 Avqust 2019, 09:03 | TƏHSİL
Ali məktəblərdəki boş yerlərə ixtisas seçimi başladı - ŞƏRTLƏR

Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən  ali təhsil müəssiuələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verir. Modern.az saytı xəbər verir ki, boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqust aralığında aparılacaq.

DİM-dən verilən məlumata görə, əlavə yerləşdirməyə 5785 plan yeri çıxarılıb. Bu yerlərin 2369-u dövlət sifarişlidir - pulsuzdur. 

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:

I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

“Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır.

II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

 

  • Marketinq;

  • Biznesin idarə edilməsi;

  • Kommersiya;

  • Regionşünaslıq (regionlar üzrə);

  • Turizm və otelçilik.

 

III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

“Jurnalistika” ixtisasını yalnız III ixtisas qrupu üzrə təqdim olunan müsabiqə şərtlərini ödəyən və test imtahanından sonra təqdim olunmuş mövzu üzrə yazı işini (inşanı) müvəffəqiyyətlə yerinə yetirən abituriyentlər seçə bilərlər.

IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları və Lənkəran Dövlət Universitetinin “Bağçılıq və tərəvəzçilik” ixtisası üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qəbul elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün avqustun 15-dən 19-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuşdur. Qəbul aparılan ixtisasların uyğunluğu “Abituriyent” jurnalının “2019/2020-ci tədris ili üçün Azərbaycan Respub-likasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında (bax: “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”) və “Abituriyent” jurnalının 8-ci sayında (“Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”nə edilmiş əlavə) təqdim olunub.


İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir.


Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr aralığında həyata keçiriləcək.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52 Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var 13 Oktyabr 2019, 17:45 Bakıda 4 otaqlı ev yanıb 13 Oktyabr 2019, 17:36 Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO   13 Oktyabr 2019, 17:22 Tanınmış müğənni Türkiyəyə köçdü 13 Oktyabr 2019, 17:07 Metroda tapdığı pulu polisin köməyi ilə sahibinə qaytardı   13 Oktyabr 2019, 16:50 Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək   13 Oktyabr 2019, 16:30 Aliment ödənilməməsi minlərlə uşağı dözülməz duruma salır 13 Oktyabr 2019, 16:09 Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçildi - FOTO 13 Oktyabr 2019, 16:00 Ərdoğan sabah Azərbaycana gəlir   13 Oktyabr 2019, 15:50 İsa Qəmbərlə namizədlər arasında mübahisə yaranıb   13 Oktyabr 2019, 15:00 Ronaldunun adı stadiona veriləcək 13 Oktyabr 2019, 14:45 Nyu York qatarında sürpriz evlilik təklifi-VİDEO 13 Oktyabr 2019, 14:31 Qənirə Paşayeva gənclərə çağırış etdi VİDEO 13 Oktyabr 2019, 14:16 "Liderlik Məktəbi"nin açılış mərasimi keçirilib 13 Oktyabr 2019, 14:00 Bu ölkələr Türkiyəyə silah satışını dayandırdı - SİYAHI 13 Oktyabr 2019, 13:45 Prezident ailəsinin istirahət FOTOLARI   13 Oktyabr 2019, 13:30