Modern.az

Ombudsmanın nümayəndələri həbsdəki jurnalistlə görüşdülər

Ombudsmanın nümayəndələri həbsdəki jurnalistlə görüşdülər

15 Avqust 2019, 09:47

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən növbəti başçəkmə həyata keçirilib.


Modern.az xəbər verir ki, başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması olub.


MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunub, onların  müraciətləri və qaldırdıqları məsələlər araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib.


Başçəkmə çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov (reallıq.info saytının rəhbəri-red.) da MPQ üzvləri tərəfindən qəbul edilib və müraciəti dinlənilib.


İ.Rəhimov barəsində məhkəmə icraatında olan cinayət işinin baxılması ilə əlaqədar aclıq aksiyasına başladığını bildirib, müvafiq köməklik göstərilməsi üçün Ombudsmana ərizə ilə müraciət edibr. O, müəssisənin tibb sanitar hissəsinə yerləşdirilib, səhhəti həkim nəzarətindədir. İ.Rəhimovun ərizəsi nəzərə alınması üçün Ombudsman tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.


Yekunda MPQ üzvləri tərəfindən saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış və müvafiq  tövsiyələr verilib.


Başçəkmənin nəticəsi və qəbul olunmuş digər ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir