Modern.az

Bank “BTB”də yeni TƏYİNAT - FOTO

Bank “BTB”də yeni TƏYİNAT - FOTO

15 Avqust 2019, 10:45

Kadrlar siyasətinə ciddi dəyişikliklər edən Bank “BTB” Hüquq Departamentinə direktor təyin edib. Bankdan Modern.az-a verilən məlumata görə, iyul ayından etibarən Vüsal Ələkbərov Hüquq Departamentinə direktor təyin edilib. O, bankın bütün hüquqi və məhkəmə proseslərinə və Departamentin nəzdində fəaliyyət göstərən iki şöbəyə rəhbərlik edəcək.


Vüsal Ələkbərov Azərbaycan Universitetində Beynəlxalq hüquq fakültəsində, hüquqşünas ixtisasına 1997-2001 –ci illərdə yiyələnmiş, fəaliyyətinə hüquqşünas kimi başlayaraq Bank Respublika-da Departament rəhbərinədək peşəkar yol keçmişdir. Əlavə olaraq, 2012-ci ildən AR Vəkillər kollegiyasının üzvüdür.

Vüsal Ələkbərov geniş ixtisaslaşma üzrə fəaliyyət göstərib və maliyyə, bank, mülki-prosessual, cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, korporativ, icra, mülkiyyət və mülki hüququn digər sahələri üzrə hüquqi xidmətlərin göstərilməsi üzrə müxtəlif biliklərə və bacarıqlara malikdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi