Modern.az

Letargiya yuxusu və ya bəzi "ölülər" necə dirilir?

Letargiya yuxusu və ya bəzi "ölülər" necə dirilir?

9 Sentyabr 2009, 16:13

YALANÇI ÖLÜMƏ TIBB ELMI DƏ YETƏRINCƏ AYDINLIQ GƏTIRƏ BILMİR

Ölümü xatırladan bu yuxu elə bir vəziyyətdir ki, orqanzmin həyati prosesləri az qala tamamilə dayanır. Letargik yuxunun qurbanları bir qayda olaraq isterik və əsəbi adamlar olurlar. Alimlərin fikrincə, hər bir adam letargiya yuxusuna gedə bilər. Allah eləməsin ki, həmin vaxt həkimlər səhvə yol versinlər. Letargiya yuxusu tibb elminin yetərincə aydınlıq gətirə bilmədiyi xəstəliklər sırasına daxildir.
Letargiya yuxusunun müddəti bir neçə saatdan bir neçə ilə qədər uzana bilər. İnsanlar çoxlu qan itirmədən, dəm qazından boğulmadan, isterik hallara düçar olmadan letargiya yuxusuna gedə bilərlər. Alimlərin fikrincə, stresslərdən uzaq olmaq insanlarda letargiya yuxusuna getmə hallarını azaldır. Letargiya yuxusuna gedən insanlar ətraflarında baş verənləri eşidə bilsələr də, onlarda buna reaksiya vermə gücü olmur. İndiyədək dünyada müxtəlif müddətlərə letargiya yuxusuna gedən insanlarala dair yüzlərlə fakt qeydə alınıb.
1999-cu ilin iyulunda Rusiyanın Voronej vilayətində Antoniya Popova  adlı 73 yaşlı qadının qəfildən halı pisləşir və köməyə təcili tibbi həkim briqadası çağırılır. Lakin həkimlər hadisə yerinə çatanədək qoca qarı «canını tapşırır». Həkimlər ona insult diaqnozu qoyurlar. Canazə meyitxanaya aparılaraq 3 gün orada saxlanılır. Bu müddətdə onun uzaqda yaşayan qohum-əqrəbaları Voronejə çağılır, dəfn mərasiminə hazırlıq görülür, tabut düzəldilir. Meyitin dəfn olunacağı dördüncü gün həyati əlamətlər biruzə verməyən nənə heç kimin gözləmədiyi halda oyanır. Yalnız bu zaman məlum olur ki, qoca qarı letargiya yuxusuna gedibmiş.
1979-cu ildə ABŞ-ın Kaliforniya ştatında Qreta Ştarql adlı 3 yaşlı qız yatıb yuxuya gedəndən sonra uzun müddət ayılmır. Təcrübəli Amerika həkimləri qızcığazın valideynlərini başa salırlar ki, narahatlığa əsas yoxdur, Qreta letargiya yuxusuna gedib. 3 yaşında yuxuya dalan Qreta Ştarql bir də düz 17 ildən sonra oyanır. Maraqlıdır ki, bu müddət ərzində onun orqanizmi böyüsə də, ağıl və düşüncəsi uşaqlarda olan kimi qalır. Nəticədə 20 yaşlı Qretanı 6 yaşlı uşaqlarla birgə birinci sinifə qoyurlar.
1980-ci ildə Avstriyanın paytaxtı Vyanada yaşayan Marqarita adlı qadın da letargiya yuxusuna gedənlərdən olub. Dərisi solğun və soyuq olan, əl və ayaqlarının əzələ tonusu itən, göz bəbəkləri daralan və işığa reaksiya verməyən qadın hətta nəfəs belə almırdı. Onun ağzına güzgü tuturlar, amma şüşə tərləmir. Qadının öldüyünü zənn edən həkimlər yaxınlarına onu basdırmağı məsləhət görüblər. Lakin həmkarları ilə razılaşmayan Rozental adlı həkim öldüyü zənn edilən Marqaritanı dirildə bilir. O, «meyidi» dərindən müayinə edərkən ürək nahiyəsində çox zəif də olsa döyüntü hiss edir. Rozental dəyişkən cərəyan tətbiq etməklə qadının üz əzələlərinin və ayaqlarının yığıldığını görür. Yalnız 12 saatlıq elektrik cərəyanı ilə qıcıqlandırmadan sonra həkim xəstəni diriltməyə nail olur. Ayılandan sonra Marqarita bildirib ki, o, öz ölümü barədə ətrafında danışılanların hamısını eşidirmiş, ancaq özünə köməklik göstərməkdə aciz imiş.
Ən uzunmüddətli letargiya yuxusu Ukraynada qeydə alınıb ki, həmin hadisə də Ginnesin Rekodlar Kitabına düşüb. 1954-cü ildə həyat yoldaşı ilə möhkəm mübahisə edən Nadejda Lebedina düşdüyü stressdən ayılmayaraq letargiya yuxusuna gedib və bir də 20 ildən sonra-1974-cü ildə oyanıb. Həkimlər yenidən həyati fəaliyyəti bərpa olunan qadının tamamilə sağlam olduğunu müəyyənləşdiriblər.
Lakin letargiya yuxusuna gedənlərin heç də hamısı ölümün pəncəsindən xilas edilməyib, bəziləri diri-diri basdırılıb. Məsələn, 1879-cu ildə Vaşinqtonda validyenləri 3 yaşlı oğulları Tom Soksun öldüyünü zənn edərək onu torpağa tapşırırlar. Tomun anası gecə yuxusunda görür ki, oğlu sağdır, ağlayır və balaca əllərilə tabutun qapağını döyəcləyir. Üç günlük təkidlərdən sonra qadın ərini qəbri açmağa məcbur edə bilir. Tabutu açan valideynlər dəhşətə gəlirlər. Balaca Tom göyərmiş sifət və əl-ayaqlarında qan ləkələriylə büzüşüb uzanmışdı. Həkim müayinəsindən sonra uşağın havasızlıqdan boğulub öldüyü məlum olur.
Deyilənə görə, Azərbaycanda da letargiya yuxusuna gedənlər olub və bunula bağlı müxtəlif əhvalatlar söylənilir. Belə söylənilir ki, rayonların birində cavan yaşında rəhmətə gedən oğlan torpağa tapşırılarkən valideyinləri onun barmağında olan qiymətli üzüyü çıxarmırlar. Təsadüfən dəfn mərasimində iştirak edən oğrular bunu diqqətdən qaçımırlar. Onlar üzüyü meyitin barmağından çıxarmaq məqsədilə gecə qəbristanlığa gəlirlər. Qəbri açan oğrular üzüyü çıxara bilmədiklərindən mərhumun barmağı kəsmək qərarına gəlirlər. Oğrular mərhumun barmağını kəsəndə yaradan isti qan axır və bir az sonra oğlan dirilir.
Digər bir hadisənin Qarabağ rayonlarından birində baş verdiyi söbylənilir. Deyilənə görə, 25-26 yaşlı cavan gəlin dəfn olunandan az sonra hadisə yerinə gələn bir həkim qəbrin açılmasını istəsə də mərhumun yaxınları buna razılaşmır. Həmin həkim bildirib ki, mərhumu müayinə edən digər tibb işçiləri əlamətləri sadalayarkən onun ölmədiyini, letargiya yuxusuna getdiyini zənn edib. Lakin ona inanmırlar.
Bu yalançı ölümdə ən maraqlı cəhətlərdən biri odur ki, yuxuda olan insan yaşlaşmır. Məsələn, Ginnesin Rekordlar Kitabına düşən hadisəni xatırlatmaq yerinə düşər. Avqustina Leqqard adlı qadın doğuş zamanı güclü stress keçirməsi nəticəsində ayılmır və bu düz 22 il davam edir. Letargiya yuxusundan oyananda isə Avqustina necə var idi, eləcə də cavan qalmışdı. Yuxudan ayılan kimi qadın uşağın ona verilməsini və körpəni yedizdirmək istədiyini bildirir. Bu zaman onun yanına artıq 22 yaşına çatmış qızını gətirirlər və ətrafdakılar onların sanki əkiz bacı olduğunu müşahidə edirlər.
Bəzən insanlar ölməmiş basdırılmaqdan çox qorxduqlarından belə bir səhvdən sığortalanmaq üçün müxtəlif üsullar fikirləşiblər. Məsələn, bəzi ölkələrdə ölünün tabutuna balaca pəncərə qoyurlar. Pəncərədən isə məftil keçirərək onu tabutun içərisində zənglə birləşdiriblər. Digər bir sıra ölkələrdə məzara siqnalizasiya çəkirlər. Hazırda bəzi insanlar dəfn olunarkən tabutlarının içərisinə mobil telefon qoymağı vəssiyyət edirlər.

"Modern.az"

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir