Arxiv
16 Avqust 2019, 12:35 | ƏDƏBİYYAT
Ürəyi sağda olan adam - Bəxtiyar Vahabzadə...

Adətən anadəngəlmə anomaliyalarla doğulan insanlar çox yaşamırlar və həyatdan erkən yaşda köçürlər. Amma istisnalar da var. Elə nadir anadangəlmə anomaliyalar olur ki, insanın səhhətinə mənfi təsiri baş vermir və həmin şəxs sağlam doğulanlarla müqayisədə uzun ömür sürə bilir.
Yəqin ki, kimdən “ürəyin harda yerləşir” deyə soruşsaq, fikirləşmədən dərhal əlini sol döşünün üstünə aparacaq. Hətta bağça yaşlı uşaq belə, bu suala düşünmədən qeyri-ixtiyari əlini sol döşünə aparmaqla cavab verə bilər. 

Bəs ürəyi sağda olanlar barədə heç eşitmisiniz, bu haqda nə bilirsiniz?..

Ürək döş qəfəsinin solunda yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzvdür.  Ürəyin döşün sağ tərəfində yerləşməsi tibbdə dekstrokardiya adlanır. Bu anomaliya ürəyin tipik olaraq sol tərəfdə deyil, sağ tərəfdə simmetrik olaraq yerləşməsidir. 
Bu zaman ürəkdən çıxan damarların da mövqeyi ürəyin yerləşməsinə müvafiq olur. 
Mütəxəssislər deyirlər ki, adətən dekstrokardiya həmin şəxs üçün heç bir mənfi patologiya törətmir. Amma əksini iddia edən həkimlər də var.

İndiyədək baş verən bəzi hadisələr sonucunda məlum olub ki, heç ömrünün sonuna qədər ürəyinin yerini bilməyən insanlar varmış. Ömrü boyu heç vaxt ürəyindən şikayətlənməyən kimlərsə həyatının hansısa anında, ya da sonlarında tibbi müayinə zamanı bu qeyri-adi anomaliya ilə yaşadığını öyrənir... Məsələn, Türkiyənin əyalətlərinin birində yaşayan yaşlı kişi yalnız 64 yaşında ürəyinin sağda yerləşdiyini bilib.

Həkimlər deyirlər ki, ürəyin sağda yerləşməsi irsi xüsusiyyət daşımır.  Bununla yanaşı, dünyanın bir sıra ölkələrində dekstrokardiyalı şəxslər səhiyyə orqanlarında qeydiyyata alınır və onlar həkim nəzarətində saxlanılırlar.

Mütəxəsislərə görə, bu hal on mində bir, hətta yüz mində bir insanda ola bilər.

Azərbaycanda da belə adamlar olub, indi də var... 

Belə azərbaycanləlardan ən məşhuru mərhum xalq şairi Bəxtiyar Vahabzadə olub. Ailəsinin, elə Bəxtiyar Vahabzadənin özünün də sağlığında mətbuata verdiyi açıqlamalarda onun heç vaxt ürəyindən şikayətlənmədiyi bildirilib.

Ürəyi sağda olan adamları tasadüfən xatırlatmadıq. Axı bu gün, 16 avqust tarixi xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Ürəyi sağda olmuş şair düz 83 il yaşayıb, yaratdı. 1925-ci idlə doğulan Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə ürək tutmasından vəfat edib. Hadisə gözlənilmədən baş verib. Belə ki, şair dünyasını dəyişməzdən az əvvəl Türkiyədən gələn qonaqları ilə söhbətləşib, daha sonra isə onları yola salıb. Aradan bir neçə dəqiqə keçəndən sonra isə ürəktutmasından dünyasını dəyişib. O zaman səhhətində müəyyən dəyişikliklər olsa da, Bəxtiyar Vahabzadə ölüm yatağında deyilmiş.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar dillərinə tərcümə edilib.

B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə (1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).

Allah rəhmət eləsin...


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək 18 Sentyabr 2019, 11:32 Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı 18 Sentyabr 2019, 11:20 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdə söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04 Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57