Modern.az

 Nərimanovun icra başçısı şikayətləri dinlədi

 Nərimanovun icra başçısı şikayətləri dinlədi

16 Avqust 2019, 15:43

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib. 

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Rayon İcra hakimiyyətinin, bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıraraq əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

 

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi