Modern.az

“DOST” mərkəzinə müraciət edən 25 mininci vətəndaş

“DOST” mərkəzinə müraciət edən 25 mininci vətəndaş

16 Avqust 2019, 21:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı “DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, müraciəti edən paytaxtın Yasamal rayon sakini Namiq Nəsibov “DOST” mərkəzinə itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə xidmətindən faydalanıb.

Mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib, DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu ifadə edib. O, sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən, operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?