Modern.az

Mədə-bağırsağındakı ağrılardan əsəbləşib polisə yalan xəbər verdi

Mədə-bağırsağındakı ağrılardan əsəbləşib polisə yalan xəbər verdi

19 Avqust 2019, 14:03

Avqustun 18-də saat 12:42-də naməlum şəxs mobil telefonla polisə zəng edərək “Bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyə yalan məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, araşdırmalar zamanı həmin telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyənləşib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verdiyini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi