Modern.az

Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?..

Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?..

20 Avqust 2019, 14:08

Son illərdə Azərbaycanda bir sıra siyasi partiyaların yaradıldığı bəyan olunsa da, onlar nə sosial baza toplaya, nə də oturuşmuş təşkilata çevrilə bilib. Səbəb nədir? Cəmiyyətin yeni yaranan partiyalara etinasızlığı, yoxsa partiyaların xalqda inam yarada  bilməməsi?

 

Mövzu ilə əlaqədar politoloq  Zərdüşt Əlizadə Modern.az-a danışıb.


O  bildirib  ki, əgər cəmiyyətin müəyyən hissəsi oturuşub güclənsə,  onun da siyasi təmsilçisi olan  partiya  formalaşa bilər.

 

“Partiya  sözünün mənası hissə deməkdir.  Bizdə xalqın hansı hissəsi təşkilatlanıb oturuşub axı? Tanıdığım bir partiya var, hansı ki, ətrafına çox savadlı,  vətənpərvər insanlar toplaşıb.  Onlar  “Real”  adlı hərəkat yaratdılar və  qurultay keçirmək üçün yer istədilər.  Həmin partiya bir neçə dəfə yer üçün müxt müraciət etsə də,  nəticəsiz qaldı. Sonradan Müsavat Partiyası öz iqamətgahını onlara təklif etdi. Baxmayaraq  ki, onlar bilirdilər adlarının Müsavatla bağlanması  yaxşı deyil, yenə də  əlacsız olaraq  təklifə razı oldular.  Müsavat yeri özü təklif etsə də, ona olan təzyiqlər nəticəsində fikrindən imtina etdi.  Daha sonra “Real” Partiyası çətinliklə yer taparaq, qurultay keçirdi və özünü  elan edə bildi.  Belə bir şəraitdə heç bir siyasi partiya fəlaiyyət göstərə bilməz.  Bu ona bənzəyir ki, siz bir nəfəri salırsınız otağa və bütün dəlikləri bağlayaraq içəri dəm qazı buraxırsınız. Hazırda bizdə siyasi partiyalar üçün eyni vəziyyətdir, atmosfer yoxdur, yalnız dəm qazı var.  İndi demək olar ki, partiyaların əksəriyyət hissəsi  sadəcə olaraq görüntü xatirinə fəaliyyət göstərir”. 

Zərdüşt Əlizadə yalnız hakim Yeni Azərbaycan Partiyasının fəaliyyəti üçün münbit şəraitin mövcud olduğunu vurğulayıb. O, hakimiyyət qüvvələrinin yeni yaranan partiyalara təzyiq göstərməsini, sıxışdırmasını düzgün hesab etməyib.


Yeni Azərbaycan Partiyasınınn üzvü, deputat Aydın Mirzəzadə
nin sözlərinə görə isə yeni partiyaların yaranması üçün sosial sifariş yoxdur.

 “Siyasi partiya  cəmiyyətin  müəyyən siyasi ideyalar, məqsədlər uğrunda birləşən bir qrupu deməkdir.  Lakin o qrupun cəmiyyətin nə dərəcədə böyük bir hissəsini əhatə edəcəyi artıq partiyanın fəliyyətindən aslıdır. Toplum çox  sayda partiyalara bölüməkdə heç bir dövrdə maraqlı olmayıb. Cəmiyyət aparıcı nüfuzlu şəxslərin rəhbərlik etdiyi, maraqlarının qorunduğu partiyalara dəstək verir.  90-cı illərin əvvələrində yaranan partiyaların içərisində Yeni Azərbaycan Partiyası  ilk növbədə  Heydər Əliyevin  adına görə aparıcı bir partiyaya çevrildi.  Bununla yanaşı, öz sözü olan, insanların marağını kəsb edən digər partiyalr da fəaliyyət göstərir.  Bunların içərisində mən Ana Vətən, Sosial Rifah,  Bütöv Azərbaycana Xalq Cəbhəsi Partiyalarını,  eyni zamanda müxalif yönümlü Sosial-Demokrat, Müsavat, Xalq Cəbhəsi partiyalarının adını çəkə bilərəm. Bu kimi partiyalar keşməkeşli yollardan keçərək, Azərbaycanın həyatında  öz mövqelərini tuta biliblər”.

 

Deputatın fikrincə, gələcək belə göstərir ki, Azərbaycan cəmiyyəti hələ uzun müddət bugünkü  formalaşmış siyasi partiya sistemi ilə gedəcək.

“İnsanlar ilk növbədə onların maraqlarının müdafiəçisi olan siyasi partiyalara daha çox dəstək verirlər.  YeniAzərbaycan Partiyasının əsas uğuru ondan ibarətdir ki, o cəmiyyətin bütün təbəqələrini birləşdirərək, ümumxalq parrtiyasına çevrilib. Oturuşmuş partiya sistemi xalqı qane edir və yeni partiyaların yaranmasına ehiyac duyulmur. Lakin bu o demək deyil ki, partiyalar arxayn olmalıdırlar. O partiya ki, yenilənir, demokratik fikirli insanları ətrafına toplayır və yeni siyasi  texnologiyalar tətbiq edir, onlar hər zaman siyasi uğur qazanaraq öndə olur ”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir