Modern.az

Xırdalanda \"Mercedes\" yolda qazılan xəndəyə düşdü

Xırdalanda \

21 Avqust 2019, 00:20

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "Mercedes" markalı avtomobil qazılmış xəndəyə düşüb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, həmin prospektdə bir müddətdir ki, kanalizasiya xətlərinin yenilənməsi işləri görülür. Avtoqəza baş verməzdən əvvəl orada xəbərdaredici nişanların olub-olmaması barədə məlumat yoxdur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə