Modern.az

206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ

206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ

21 Avqust 2019, 08:28

Azərbaycanda qaçqın status almaq istəyən əcnəbilərin sayı 200-ü keçib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.

 

“2019-cu ilin ilk altı ayı ərzində qaçqın statusu almaq niyyətində olan 206 əcnəbi (ailə üzvləri ilə birlikdə 381 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.

 

Mətbuat xidməti son 6 ay ərzində Azərbaycanın qaçqın status verdiyi ərizəçilərin sayını da açıqlayıb.

 

“2019-cu ilin 6 ayı ərzində 5 ərizəçiyə (ailə üzvləri ilə birlikdə 18 nəfər) qaçqın statusu verilib. Son dövrlərdə qaçqın statusunun verilməsi ilə bağlı müraciət edən ölkə vətəndaşlarının sırasında Əfqanıstan, Pakistan, Suriya, İraq və s. kimi ölkələrdən olan şəxslər yer alır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi