Arxiv
21 Avqust 2019, 13:00 | ÖLKƏ
Əcnəbilərlə quda olan məmurlarımız - Elmar Məmmədyarov bu sırada ilk deyil

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada yaşayan oğlu Riyad Məmmədyarovun əcnəbi xanımla ailə qurmması yerli mətbuatın diqqət mərkəzinə düşən hadisə olub .
Riyad Məmmədyarov tələbə yoldaşı olmuş Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub. Məlumatlarda Nyu-York şəhərində keçirilən toy mərasimin sadəliyi ilə diqqət çəkdiyi vurğulanır.

Azərbaycanın xarici işlər nazirinin ailəsində yaşanan bu xoşməramlı hadisə azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların da gündəmə gəlməsinə səbəb olub.

Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah  bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.


2019-cu ilin 2 ayı ərzində isə ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 274 nikah bağlanıb. Əcnəbilərlə nikaha girən şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.
Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.


Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədyarov əcnəbilərlə qohum olan ilk məmur deyil.

Modern.az-ın bu istiqamətdə apardığı kiçik bir araşdırmanın nəticəsi belə deməyə əsas verir.

Məsələn, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da qeyri-azərbaycanlı ilə quda olub. Və bu hadisə onun nazir işlədiyi müddətdə (7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü il kimi) baş verib. Belə ki, F.Ələkbərov əmək və sosial müdafiə naziri işlədiyi 2009-cu ilin iyununda Rusiya Gömrük Komitəsinin sədr müavini ilə qohum olub. Azərbaycanlı nazir qızını rus məmurun oğluna ərə verib. Belə məlumatlar var ki, toy mərasimi Yunanıstandanın paytaxtı Afinanın ən bahalı otellərindən birində keçirilib. Gənclərin İsveçrədə birgə təhsil alarkən tanış olduğu qeyd edilir.

Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışan Musa Pənahov da əcnəbilərlə qohum olan məmurlar sırasına daxildir. Qeyd edək ki, Musa Pənahov 2004-cü 2017-ci ilə kimi nəqliyyat nazirinin müavini vəzifəsini tutub.

Musa Pənahov Moldova  kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voroninlə (2001-2009-cu illərdə Moldova prezident olub) qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.

Bu hadisə də Musa Pənahov nazir müavini işlədiyi dövrdə - 2011-ci ilin iyununda baş verib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat verilib.
2016-cı ilin avqustunda Yekaterina Voronina ilə Fuad Pənahovun Leyla adlı qızları dünyaya gəlib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO 12 Dekabr 2019, 20:20 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56