Modern.az

Bakıda ana övladını ayaqlarından zəncirləyib - İşgəncə TƏSDİQLƏNDİ

Bakıda ana övladını ayaqlarından zəncirləyib - İşgəncə TƏSDİQLƏNDİ

21 Avqust 2019, 16:02

Bakıda azyaşlı uşağın ayaqlarından pəncərəyə zəncirləndiyi sosial şəbəkələrdə yayılmış xəbər rəsmən təsdiqlənib.

Modern.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, avqustun 20-də onlara paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirləndiyini əks etdiən foto daxil olub:

Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı məsələ dərhal BŞBPİ rəhbərliyi tərəfindən nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.


Məlum olub ki, Yevlax şəhərində doğulmuş 2010-ci il təvəllüdlü Ö.H.-ni anası Şahanə İmayılova zəncirlə ayağından bağlayıb. Belə ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00:00 radələrinə kimi heç yerə getməməsi üçün ayaqlarından zəncirləyib.

Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirib.

Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub.

Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir