Modern.az

Bəzən uşaqlarda qurd xəstəliyinin kökünü kəsmək olmur - Baş pediatrdan XƏBƏRDARLIQ

Bəzən uşaqlarda qurd xəstəliyinin kökünü kəsmək olmur - Baş pediatrdan XƏBƏRDARLIQ

22 Avqust 2019, 13:35

Rəsmi statistika göstərir ki, parazitar infeksiyalar daha çox uşaqlar arasında yayılıb. Bəs uşaqlar arasında qurd xəstəlikləri nə üçün geniş yayılıb? Onları bu xəstəlikdən necə qorumaq olar?

 

Azərbaycanın baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev Modern.az-a açıqlamasında valideynlərə övladlarını xəstəlikdən qorumaq üçün məsləhətlər verib:

 “Bu xəstəlik uşaqlarda daha çox sanitar-gigiyenik qaydalara əməl etmədikdə yaranır. Buna başqa sözlə “çirkli əllərin xəstəliyi” də deyilir. Uşaqlarda qurd xəstəliyinə 1 yaşından sonra və 5-6 yaşına qədər daha çox rast gəlinir. Çünki bu yaş dövründə uşaqlar sanitar-gigiyenik tələblərə riayət etmirlər. Bu problem bütün dünyada o cümlədən Azərbaycanda mövcuddur. Uşaqlar yaşadıqları yerdə uşaq poliklinikalarında müəyyən vaxtlarda müayinədən keçirlər, eyni zamanda qanunvericiliyə əsasən 3 yaşa qədər uşaqlar ildə bir neçə dəfə, 3 yaşdan yuxarı uşaqlar ildə bir dəfə tibbi müayinədən keçirilməlidir. Bu işlərə qastrentoloq və hermentoloq baxır. Müayinə zamanı nəcisin analizi, qanın analizi aparılır və qurda yoluxma aşkarlanan vaxtlarda müvafiq qurdqovucu dərman preparatları ilə müalicə təyin olunur”. 

 

Nəsib Quliyev bildirib ki, təəssüf ki, qurd xəstəliklərinin bəzən tam kökünü kəsmək mümkün olmur:

 

“Qurd yumurtalarına hər yerdə-torpaqda, qida maddələrində və s. rast gəlmək olur. Buna görə də yoluxma ehtimalı həmişə var. Ən vacib məsələ valideynlər bu işə diqqət yetirməlidir, çalışmalıdırlar ki, uşaqlar çirkli əllərlə qida qəbul eləməsin, başqa uşaqlarla təmasa diqqət etsin, əlləri yuyulsun. Qısacası sanitar-gigiyenik tələblərə nə qədər riayət olunsa, bir o qədər qurd xəstəliyinə yoluxmaq da olmaz. Valideynlər, baxça və məktəb müəllimləri hər nə qədər uşaqların təmizliyinə riayət eləsələr uşaqların qurd xəstəliyinə yoluxma riski azalar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı