Modern.az

Hadi Rəcəbli sağlamlıq turizmi ilə bağlı görüş keçirdi

Hadi Rəcəbli sağlamlıq turizmi ilə bağlı görüş keçirdi

22 Avqust 2019, 15:56

Payız sessiyasında Parlamentin Əmək və sosial siyasət komitəsinin gündəliyində turizm haqqında qanununun daha təkmil variantının işlənilməsi gözlənilir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə vaxtaşırı dünyada mövcud olan qanunlar öyrənilir, görüşlər, müzakirələr və təcrübə  mübadiləsi keçirilir.

 

Belə görüşlərdən biri də bu günlərdə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli tərəfindən keçirilib. Görüşdə  Türkiyənin  özəl “Dənizli  Cərrahi Xəstəxanası”nın  idarə heyətinin sədri doktor Murat Çelik  və onu müşahidə edən nümayəndə heyətinin üzvləri iştirak ediblər. Müzakirələr və fikir mübadiləsi zamanı sağlamlıq turizmi ilə bağlı hüquqi bazanın möhkəmlənməsinə və bu sahədəki Türkiyə təcrübəsinə xüsusi yer ayrılıb.

 

Hazırda Azərbaycan və Türkiyə  bu sahədə mövcud təcrübə diqqəti cəlb edir və bu sahədə əyani mübadiləyə ehtiyac var. Belə ki, Azərbaycanda bu istiqamətli  konfederasiyanın  mövcudluğu,  ölkəmizdə sağlamlıq turizmi ilə bağlı müalicə yerlərinin, balneoloji sanatoriyaların fəaliyyət göstərməsi və zaman-zaman artması bizi sevindirir.

 

Doktor  Murat Çelik Dənizli regionunda  mövcud olan belə tipli obyektlər haqqında söhbət açıb, Türkiyədəki hüquqi baza və bu sahədə real vəziyyət haqqında geniş məlumat verib. Nümayəndə heyəti Bakida səfərdə olduğu müddətdə qeyri hökumət təşkilatlarında və sağlamlıq turizm obyektlərində olacaqlar.

Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir