Modern.az

Dərnəgüldəki taxta bazarın yanğınında iki nəfər zəhərləndi

Dərnəgüldəki taxta bazarın yanğınında iki nəfər zəhərləndi

Aktual

22 Avqust 2019, 17:42

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonu ərazisində “Baksol yolu” yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın barədə yeni məlumat yayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı