Modern.az

Bu il dəmir yolları 270 min sərnişin daşıyıb

Bu il dəmir yolları 270 min sərnişin daşıyıb

22 Avqust 2019, 18:42

Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min sərnişin daşınıb.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, sərnişin sıxlığı ən çox qərb istiqamətində müşahidə olunub:

"2019-cu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 1 milyon 896,2 min nəfər sərnişin daşınıb ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünə nisbətən (1 milyon 545,5 min nəfər) 350,7 min nəfər sərnişin və ya 22,7% çox təşkil edib.

 

Bu ilin iyul ayı ərzində isə dəmir yolu ilə yerli istiqamətdə 77523, beynəlxalq istiqamətdə 15847, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 19226 və Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə 157427 nəfər sərnişin daşınıb".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır