Modern.az

“Qarabağ” səfərdə uduzdu - 2:3

“Qarabağ” səfərdə uduzdu - 2:3

Aktual

23 Avqust 2019, 00:34

"Qarabağ" hesab arasındakı fərqi azaldıb. 90+3-cü dəqiqədə "Qarabağ" penaltini dəqiq yerinə yetirərək hesabı 2:3 edib.

***

"Linfild" klubu "Qarabağ"ın qapısından 3-cü qolu keçirdi. 75-ci dəqiqədə meydan sahiblərindən Leveri dubl edir.

***

"Linfild" - "Qarabağ”  oyununda daha bir qol vurulub.

Oyunun 45+1-ci dəqiqəsində  "Linfild" klubu "Qarabağ"ın qapısından 2-ci topu keçirdi. Komandamız rəqibinə uduzur: 2:1

***


"Linfild"  - "Qarabağ” oyununda daha bir qol vurulub.

Modern.az xəbər verir ki, matçın 40-cı dəqiqəsində ev sahibləri hesabı bərabərləşdirib.  Mark Stafford komandasının bərabərlik qolunu vurub: 1:1.

***

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən  "Linfild" - "Qarabağ" oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, Şimali İrlandiyada keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində "Qarabağ" fərqlənib.

Qolu "Qarabağ"ın yeni transferi  Rerras Faysal rəqib komandanın qapısından keçirib.

 

***

 

Bu gün  Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə Şimali İrlandiyanın  "Linfild" komandası ilə qarşılaşacaq "Qarabağ"ın start heyəti açıqlanıb.

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment

“Qarabağ”: 1. Vaqner Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 33. Rerras Faysal, 30. Abbas Hüseynov

Qeyd edək ki, qarşılaşma bu gün saat 22:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar