Modern.az

Abituriyentlərin nəzərinə! - Kolleclərə 381 plan yeri boş qalıb

Abituriyentlərin nəzərinə! - Kolleclərə 381 plan yeri boş qalıb

23 Avqust 2019, 10:42

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, cəmi 381 yer (3.67%) boş qalıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. 106 yer seçim edə bilərlər.

Ümumilikdə plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. 

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 23-dən sentyabrın 2-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 23-dən 29‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir